Siyasət

İlham Əliyev: Üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri ilə bağlı böyük imkanlar görürük

30 May 2023 14:56
Baxış: 435

Bu gün apardığımız müzakirələr zamanı (İsrail Prezidenti ilə - red.) biz, həmçinin enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunduq. Çünki biz investisiya layihələri, interkonnektorların tikintisi ilə bağlı layihələr, habelə üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri ilə bağlı böyük imkanlar görürük.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında söyləyib.

İsrail Prezidenti ilə, həmçinin planların, suvarma və əkinçilik sahələrində artıq görülmüş işlərin müzakirə olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Biz İsrailin bu sahədə böyük uğurlarının olduğunu bilirik. Biz bu müsbət təcrübəni kənd təsərrüfatında məhsuldarlığı artırmaq və ixrac bazarımızı şaxələndirmək üçün tətbiq etmək istərdik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.