Siyasət

Laçına köçün başlamasının üstünlükləri - Bu proses Azərbaycana necə təsir edəcək?

30 May 2023 10:40
Baxış: 998

"Böyük Qayıdış Layihəsi" Azərbaycanın ən böyük strateji inkişaf prioritetlərindən biridir.

Bunu Trend-ə iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, büdcədən bu ərazilərin yenidən qurulması üçün milyardlarla manat investisiya ayrılır.

"Azad edilmiş torpaqlara qayıdışın əsas elementlərindən biri ora köçürülən sakinlərin işlə təmin edilməsidir. Çünki insanların ora köçürülməsiylə yanaşı əmək fəaliyyəti ilə məşğul olması önəmlidir. Bu təkcə bugünün faydaları ilə ölçülmür gələcək perespektivlərlə baxılır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda görülən işlər ölkə büdcəsi üçün yükdür. Amma bütün bunların gələcək üçün iqtisadi, sosial və eyni zamanda da siyasi əhəmiyyəti var."

Ekspert qeyd edib ki, Laçın strateji əhəmiyyətə malikdir.

"Qarabağın Ermənistanla sərhədində yerləşən rayondur və orada Azərbaycanlıların daimi yaşaması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və dayanıqlı inkişafı üçün əhəmiyyətlidir. Bununla paralel olaraq Laçın turistik gözəlliyə, həm coğrafi, iqlim həm də müalicəvi turizm potensialına malikdir. Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək. Laçında hava limanının inşası regionun və iqtisadi zonanın inkişafına böyük təkan verəcək."

X. Kərimli Laçına köçürülən sakinlər əsasən ənənəvi təsərrüfat fəaliyyətləri ilə məşğul olacaqlar.

"Laçın əhalisi əsasən kənd təsərrüfatının arıçılıq, maldarlıq, əkinçilik və bağçılıq kimi növləriylə məşğul olacaqlar. İkinci əsas məşğuliyyət isə turizimçilik olacaq. Bütün bunlar bölgədə getdikcə canlanmanın yerli lokal iqtisadiyyatın formalaşmasında, turizmin müxtəlif formalarının formalaşmasına gətirib çıxardacaq. Təbii ki, bunlar ortamüddətli perespektivdə baş verəcək. Hazırki məqamda Laçında sakinlərin yaşayışının təmini, infrastrukturun bütün formalarından istifadə imkanlarının yaradılması və bu dayanıqlığın təmini olduqca vacibdir. Proses davam elədikcə sakinlər məşğulluğun müxtəlif formalarından istifadə edərək həyətyanı təsərüffatlarla məşğul olmaqla həm özləri həm də bölgə üçün faydalarını vermiş olacaqlar. İndiki dövrdə texnologiya məkan məslələrini arxa plana keçirdib. Texnologiyanın verdiyi üstünlüklərdən yararlanaraq Laçında da distant öz istehlakları üçün eyni zamanda da bu istiqamətdə öz fəaliyyətlərin formalaşdıra bilsinlər", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə Trend-ə "Qayıdış" proqramı üzrə baş koordinator Elnur AbdullayevElnur Abdullayev deyib.

Onun sözlərinə görə, burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq.

"Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub", - deyə E. Abdullayev qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.