Siyasət

İlham Əliyev “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib - VİDEO

11 May 2023 11:24
Baxış: 803

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə SOCAR ilə "Total Energies" arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. "Abşeron" qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olundu.

Nikolas Terraz "Total Energies" şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirdi.

Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparıldı.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.