Siyasət

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur” - Simonyan

4 May 2023 23:37
Baxış: 1 438

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Simonyan Ermənistanın sülh razılaşması əldə etməkdə qərarlı olduğunu vurğulayıb:

"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.