Siyasət

Qərb Qafqazda ekstremistlərdən istifadə edir - Patruşev

3 May 2023 08:06
Baxış: 762

Rusiya əhalisini qorxuya salmaq istəyən Qərb 1990-cı illərdə Şimali Qafqazda olduğu kimi, indi də terrorçu və ekstremist təşkilatlardan fəal şəkildə istifadə edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib.

"Terrorla mübarizənin vacibliyini yalandan bəyan edən Qərb 1990-cı illərdə Şimali Qafqazda tətbiq etdiyi üsullardan istifadə edərək, Rusiyaya qarşı terrorçu və ekstremist təşkilatlardan fəal istifadə edir.

Qərb xüsusi xidmət orqanları Rusiya əhalisini qorxuya salmaq, dövlətimizin konstitusiya əsaslarını sarsıtmaq ümidi ilə terrorçuları və təxribatçıları ölkəmizin ərazisində cinayət törətmək üçün hazırlayırlar", - Patruşev qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.