Siyasət
Şahlar Əsgərov: “Azərbaycan təhsilində yeni qiymətləndirmə şkalasına ehtiyac var”
21 May 2010 11:43
Baxış: 343
"Qarabağ probleminin həlli, həm də təhsildən keçir"
- Mətbuatdakı çıxışlarınızda həmişə Azərbaycanda təhsilin səviyyəsindən şikayətlənirsiniz, bu sahədə vəziyyət yenə siz dediyiniz kimidir, yoxsa hansısa dəyişikliklər var?
- Mən ABŞ prezidentlərindən birinin fikrindən tez-tez istifadə edirəm: "Amerika Universitetləri qüvvətlidir - ona görə yox ki, Amerika dövlətlidir, ABŞ dövlətlidir - ona görə ki, onun Universitetləri qüvvətlidir". Mən Azərbaycan dövlətinin daim qüvvətli olmasını istəyirəm. Burada təhsilin rolu böyük ola bilər, çünki təhsil tükənməz gücə malikdir. Şəxsən mən belə düşünürəm ki, Qarabağ probleminin həlli, həm də təhsildən keçir. Keçən əsrin 88 - 90-cı illərində doğulanların imzalarına indi mətbuatda rast gəlirik. 90-cı illərdən sonra doğulanlara güclü təhsil verə bilsəydik, problem öz həllini daha tez tapardı. Çünki müharibə və istənilən qovğa fiziki müstəvidə yox, intellektual müstəvi üzərində həll edilir. Bu səbəbdən də mən təhsili qüsursuz görmək istəyirəm və ona görə də gördüyüm qüsurları göstərirəm. YAP-ın idarə heyətinin iclaslarında ulu öndər Heydər Əliyev: "Mənə şirin yalanlar söyləməyin, mənə acı həqiqətləri deyin" demişdi. Bir Çin misalında deyilir ki, əyrini düzəltmək üçün onu əyməlisən. Ona görə mən də qarşılıqlı sual verirəm: problemlər deyilsə yaxşıdır, yoxsa deyilməsə? Bunu desək, dövlətə xeyirdir, yoxsa deməsək? Gələcəyimizə demək xeyirdir, yoxsa deməmək?
Təhsilin indiki vəziyyəti ilə bağlı isə demək istərdim ki, bunu kifayət qədər dəqiqliklə müəyyən etmək olar. Bunun üçün 700 ballı şkalanı üç səviyyəyə bölün: 700, 350, 100. İndi hər səviyyənin üzərinə 100 gəlmək və çıxmaqla üç bilik zolaqlarını müəyyən edin: I zolaq 700-600, II zolaq 450 -250, III zolaq 200 - 0 balları əhatə edəcəkdir. Aydındır ki, TEST balları I zolağa düşürsə təhsilin vəziyyəti əladır, II zolağa düşürsə təhsilin vəziyyəti ortadır. Yox, üçüncü səviyyəyə düşürsə, təhsilin durumu çox pisdir. İndi hər il TQDK tərəfindən bəyan olunan TEST nəticələrini qarşınıza qoyun və hansı səviyyəyə uyğun gəldiyini müəyyən edib, təhsilin vəziyyəti haqqında obyektiv nəticəni də özünüz çıxarın. Bu metodologiya ilə istənilən dövlətin təhsil səviyyəsini müəyyən etmək olar.
- Eyni zamanda təhsilimizdə hazırkı qiymətləndirmə sisteminin qüsurlu olduğunu qeyd edirsiniz, sizcə 5 ballıq qiymətləndirmə sistemi qaneedici deyil?
- Beş ballı qiymətləndirmə şkalası SSRİ məkanında 1945 -ci ildən bəri tətbiq edilir və kifayət qədər uğurlar qazanılıb. Bu şkala yaxşını pisdən, əlanı yaxşıdan seçə bilir. Ancaq əlaların içərisindən lap əlanı seçə bilmir. Mənim fikrimcə, qiymət - bildiyimizin bilməli olduğumuza nisbətinin faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. Misal üçün, əgər bir öyrənci 100 sualdan 98-ə, digəri 90-a cavab veribsə, indiki qiymətləndirmə metodikasına görə hər ikisinə 5 yazılacaq. Göründüyü kimi, indiki qiymətləndirmə şkalası iki əla oxuyan arasından lap əlanı seçə bilmədi. İndiki dövr üçün bu, böyük qüsurdur və bu səbəbdən də yeni şkalaya ehtiyac var.
- YAP İdarə Heyətinin üzvü olmağınıza baxmayaraq, həmişə tənqidi fikirlər səsləndirirsiniz...
- Tənqidi fikir söyləmək böyük Heydər Əliyev yolunun tərkib hissəsidir. Ölkəmiz isə cənab prezident İlham Əliyevin bəyan etdiyi kimi Heydər Əliyev yolu ilə gedir. Ədəbiyyatda tənqid olmasa, dəyərli ədəbiyyat yaranmaz, jurnalistikada tənqid olmasa güclü qəzetlər yaranmaz. Teatr tənqidi olmasa güclü səhnə əsəri yaranmaz. Bir sözlə, ictimai sosial həyatda tənqidin əhəmiyyəti böyükdür. Əziz peyğəmbərimiz Həzrəti Məhəmmədin (s) də bir kəlamında deyilir: "Mənim hümmətimin müxalif fikir söyləməsində rəhmətlik vardır". Tənqid ümumi maraqları, şəxsi maraqlardan qorumaq üçün edilir. Düz sözü deyən hər dövrlərdə mükafatlandırılıb. "91-lər"in Heydər Əliyevi Bakıya dəvət etməsi haqq söz deməyin təntənəsi idi.
- Eşitdiyimizə görə, mərhum ümummilli lider Heydər Əliyev sizə "filosof Şahlar" deyərmiş, bu, nə ilə bağlı idi?
- Bakı Dövlət Universitetinə növbəti rektor təyin zamanı, ulu öndər soruşub ki, filosof Şahlar da bu universitetdə işləyir? Cavab verilir ki, bəli, bizdə işləyir, ancaq o filosof deyil, fizikdir. Ulu öndər deyir: yox, sən yaxşı bilmirsən o, filosofdur.
- "Düşüncə tərzi" kitabı hansı zərurətdən yazıldı? Nəyə görə hesab edirsiniz ki, düşüncə tərzimizi dəyişməliyik?
- Hələ qədim kitablarda yazılıb ki, sultanlığı dəyişmək istəyirsən, düşüncəni dəyiş. Bir ictimai siyasi quruluşdan digərinə keçərkən düşüncə hökmən dəyişməlidir. Əvvəlki yaşadığımız quruluş kütlənin mənafeni qorumağa üstünlük verirdi. Keçmək istədiyimiz quruluşda isə fərdin mənafeni qorumağa üstünlük verilir. Quruluşların fəlsəfəsi çox fərqlidir. Keçid müddəti lazımdır. Bunun üçün isə düşüncə dəyişməlidir. Misal üçün: a) konsert salonunda oxuyan müğənni bilməlidir ki, prosesin subyekti o deyil, dinləyicilərdi. Çörək mağazasının satıcısı bilməlidir ki, prosesin əsas tərəfi o deyil, alıcılardır. İclas zamanı prezidiumda oturan bilməlidir ki, iclasın subyekti zaldakı insanlardır və bunun kimi. Bu deyilən misallar göstərir ki, demək olar ki, hər sahədə düşüncə tərzi dəyişməsi zəruridir. "Düşüncə tərzi" kitabı bu proseslərə işıq tutmaq niyyətlə yazılmışdı.
- Bəs düşüncə tərzimizi dəyişmək üçün nə etməliyik?
- Qısaca desək, çox şey. Alimlər hesab edirlər ki, bir düşüncə tərzindən digərinə keçmək üçün üç nəsil dəyişməlidir. Ateist sovet dövləti 70 il (üç nəsil) yaşamasına baxmayaraq hamımızı müsəlmanlıqdan uzaqlaşdıra bilmədi. İndi tərs proses gedir. Sovet düşüncəsindən, sosialist təfəkküründən ayrılmaq üçün humanitar sahədə böyük işlər (ideoloji) görmək lazımdır. Ziyalılar bu işdə cəmiyyətə, dövlətə yardım etməlidir.
- Allahın varlığının riyazi isbatını ilk dəfə siz vermisiniz, bu, elm adamları tərəfindən necə qarşılandı?
- İlk dəfə Rusiya Təbiətşünaslar Akademiyasının Soçidə keçirilən payız sessiyasında (2009) bu ideyanı alimlər qarşısında məruzə etdim. Adətən elmi məruzədən sonra əl çalmazlar. Ancaq zal, Allahın varlığının elmi isbatına əl çaldı. Məruzədən sonra həmin Akademiya, öz sessiyasında məni də Akademiyaya üzv seçdi. Bu isbatı yaşlı nəsil soyuq, gənc nəsil isti qarşılayır.
- Yeri gəlmişkən, bu günlərdə də Moskva səfərindən qayıtmısınız; səfər necə keçdi, məqsəd nə idi?
- Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının (PSEA) üzvü kimi yaz sessiyasına dəvət almışdım. Sessiya aprel ayının 16-17 - də Moskvada keçirildi. Sessiyada bu akademiyanın daha iki üzvü ( R. Novruzov, Y. Əhmədov) iştirak edirdilər. Birinci gün iclas məşhur "Alimlər evində", ikinci gün isə Moskva Sosial Psixoloji Universitetində keçirildi. Orijinal çıxışlar MSPU -də 6 seksiyada edildi. Mənim məruzəm "Pedaqogika üçün yeni paradiqma" adlanırdı. Bu məruzəni mən "Məktəb -cəmiyyət" (Школо - обшество) və " Vahid və bölünməz dünyanın pedaqogikası" ( Педагогика единого и целостного мира) seksiyalarında məruzə etdim. Birinci seksiyaya akademik Y. S. Turbovckoy, ikinciyə isə həmyerlimiz, akademik Rafiq Novruzov rəhbərlik edirdi. Nəticələr maraqla qarşılandı. PSEA -nın "Məktəb direktorları" Şurasının sədri akademik Y.Turbovckoy məni də bu Şuraya üzv dəvət etdi.
- Elmi nəticələrinizə dünya alimləri tərəfindən istinad olunur, istifadə edilir; hansısa ixtiranıza görə patent almısınızmı?
- Elmi nəticələrim 200-dən çox elmi məqalədə və məruzədə əks olunub. Bəzi nəticələrim üçün müəlliflik şəhadətnaməsi və ya patent alınıb. Bunlardan biri, aspirantım Cabir Nəsrullayevlə mənim, Moskva Dövlət Universitetinin əməkdaşları (Yurasova, Şelyakin) və Ümumittifaq Elmi-Tədqiqat Məhkəmə Ekspertiza İnstitutun əməkdaşları (Staşenko, Safronski) ilə birlikdə aldığımız "Metal məmulatlar üzərində silinmiş izlərin bərpası metodu"dur. İkinci vacib saydığım ixtira (həm də patent) "Səth üzərində naxışların yaradılması üsuludur". Birinci ixtira, kriminalistika, numizmatika, ikincisi isə tətbiqi incəsənətə aiddir. Texniki sahədə də bir neçə patentim var.
- Qarşıdan Parlament seçkiləri gəlir, yenidən namizədliyinizi irəli sürmək fikriniz varmı?
- Düşünürəm ki, bu suala cavab vermək hələ tezdir.
- BDU-da dərs deyirsiniz, müəllim kimi tələbələrinizdən razısınız?
- Tək-tək də olsa şüurlu tələbələrə rast gəlirəm. Həm canı ilə, həm də ruhu ilə öyrənən gənclərimiz var.
- Yəqin ki, nəvələriniz var, onlar daha çox zəmanənin övladlarıdır, yoxsa övladlarınızın övladları?
- İndiki gənclər genetik olaraq atalarının, ruhi olaraq zəmanəsinin övladlardırlar. Sürətlə dəyişən sosial mühit, gənclərin tərbiyəsini çətinləşdirir. Sovetlər dövründə deyərdilər: gəncləri valideynlər yedizdirir, məktəb oxudur, küçə tərbiyə edir. İndi daha çətindir, çünki mühit hər gün mürəkkəbləşir. Həyatımıza kompüter, internet, mobil telefonlar və s. daxil olur. Həm cəmiyyət, həm də valideynlər hər vasitə ilə çalışmalıdırlar ki, uşaq və yeniyetmələrin zaman potensialını idarə edə bilsinlər. Yaşlı nəsil, xüsusi ilə sosial filosoflar onların davranış tərzi üçün məqbul standartlar, modellər hazırlamalıdırlar ki, onlar düzgün yolla gedə bilsinlər. "Düşüncə tərzi" kitabında belə bir fikir var: yaxşı vərdişlər çətin əldə edilir, ancaq onlarla yaşamaq asandır. Pis vərdişlər asan əldə edilir, ancaq onlarla yaşamaq çətindir. Biz, gənclərə yaxşı vərdişlər modellərini, standartlarını təqdim etməliyik ki, pis yola meyl salmasınlar.
Əvəz Qurbanlı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu
-
"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev
-
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur
-
BDYPİ küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Şəkərli diabet xəstələri üçün dövlət təminatı genişlənir - Uşaqlar üçün yenilik
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - Anbaan (Video)