Siyasət

Xocalıda baş verənləri Azərbaycan tarixinin faciəvi epizodu kimi qəbul edirik - Britaniya XİN

17 Aprel 2023 21:29
Baxış: 1 258

Xocalıda baş verənləri Azərbaycan tarixinin faciəvi epizodu kimi qəbul edirik.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya Parlamentinin Lordlar Palatasında Lord Flaytın Xocalı faciəsinə dair hökumətə ünvanladığı şifahi sual ətrafında qısa debatında qeyd olunub.

Debatda suallar hökumət adından xarici işlər nazirinin müavini Lord Ahmad tərəfindən cavablandırılıb.

Lord Flayt Britaniya hökumətinin Xocalı faciəsinə münasibətdə mövqeyini sorğu edib, başsağlığı mesajının verilməsindən əlavə addımlar atmağa çağırıb. Lord Ahmad 1992-ci ildə Xocalıda baş verənləri Azərbaycan tarixinin faciəvi epizodu kimi qəbul etdiklərini və həmin dövrdəki Britaniya hökuməti tərəfindən baş verənlərin haqlı olaraq qınandığını vurğulayıb. O, Britaniyanın Bakıdakı səfiri tərəfindən Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinə əklil qoyulmasını Britaniya hökumətinin başsağlığı mesajı olduğunu vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.