Siyasət

İran Azərbaycana ETİRAZ NOTASI verdi

1 Aprel 2023 23:00
Baxış: 2 035

İran Azərbaycana etiraz notası verib.

Milli.Az "Azad İran" telegram kanalanıa istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: 

"Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələri tərəfindən nalayiq və təhqiredici hərəkətlərin davam etdirilməsinin ardınca İran İslam Respublikasının Bakıdakı səfirliyi bununla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərib.

İran bu destruktiv prosesin dayandırılmasını və aradan qaldırılmasını tələb edərək, medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.