Siyasət

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixi müzakirə olunur - Lavrov

20 Mart 2023 19:30
Baxış: 809

"Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı müzakirə edilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

"Yaxın vaxtlarda hər üç nazir üçün əlverişli tarixlər seçəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirmişdi ki, Moskva Rusiyada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyir.

Ötən ilin dekabrına planlaşdırılan üçtərəfli görüş erməni tərəfi tərəfindən pozulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.