Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib - Sədr müavini
Bu gün biz Azərbaycan xalqı olaraq daha bir tarixi qürurverici bir gün yaşayırıq. Tərtər rayonun işğaldan azad edilmiş Talış kəndinə 90 nəfərdən ibarət 20 ailə öz doğma torpaqlarına, el-obalarına geri qayıdır. Talış kəndi ən müasir standartara cavab verəcək tərzdə yenidən qurulub.
Bunu Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, 3 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən qazanılan tarixi zəfərin sevincini yaşayırdıqsa, bu gün artıq həmin tarixi zəfərin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizə keçmiş məcburi köçkün soydaşlarımızın öz torpaqlıarına qayıdışını böyük sevinc və qürur hissi ilə qeyd edirik.
"Bu gün Talış kəndində, bizim Qarabağımızda daha 20 ocaq insan nəfəsi ilə isinəcək. Talış kəndinə köçürülən məcburi köçkün soydaşlarımız Bakı, Bərdə, Samux, Göranboy və Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün soydaşlarımızdır. Həmin soydaşlarımıza 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib. Talış kəndi ən müasir standartara cavab verəcək tərzdə yenidən qurulub, cənab Prezident İlham Əliyevin tapşırığı ilə zəruri olan bütün sosial, texniki infrastruktur ilə təchiz edilib", - deyə o qeyd edib.
Xatırladaq ki, Tərtər rayonun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maldiv Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
DYP sürücülərə müraciət ETDİ
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
Bakıda bu avtobuslar yenilənir - Qiymət…
-
Ayın ilk günü kəskin isti olacaq - PROQNOZ
-
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
-
ABŞ və İsrail buludlara müdaxilə edir?
-
"Sabah" bir futbolçusu ilə yollarını ayırdı





