Siyasət

"Uzunmüddətli kontraktlarda maraqlıyıq"

14 Mart 2023 19:39
Baxış: 474

Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: "Biz uzunmüddətli kontraktlarda maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra bilərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.