Siyasət

"Heydər Əliyev Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına böyük töhfə verib"

12 Mart 2023 17:42
Baxış: 542

Ümummilli lider Heydər Əliyev Çin xalqının böyük dostudur və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bazar günü Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Heydər Əliyev 100: Həyatı və irsi" konfransında Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.

Vu Honqbo iki ölkə arasında dostluq əlaqələrinin qurulmasında Heydər Əliyevin rolunu qeyd etdi, həmçinin onun ölkələr arasında ticarət əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi.

Çinin xüsusi nümayəndəsi bildirib ki, Heydər Əliyev fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.