Siyasət

Fars rejimindən "FARŞ" QƏRAR - Soydaşlarımıza qarşı SOYQIRIMA BAŞLADI

6 Mart 2023 14:15
Baxış: 2 636

İran hakimiyyətindən həmyerlilərimizə qarşı tarix boyu münasibət birmənalı olmayıb. Bu hal xüsusilə molla-fars rejiminin hakimiyyəti dövründə özünü bütün çılpaqlığı ilə göstərdi. 

Fars rejimi uzun illər Azərbaycana qarşı olan kin-küdurətini, nifrətini altdan-altdan güneyli qardaş-bacılarımızdan çıxdılar. Təəssüf ki, bu acı tendensiya hazırda da davam edir. 

Ömür boyu ölkə hüdudlarında ermənilərə xalq olaraq öz dilini, dinini, saxta mədəniyyətini təbliğ və təşviq etmək üçün istənilən imkanı yaradan İran hakimiyyəti bu məsələdə Azərbaycandan yan keçdi.

Soydaşlarımızın uzun illərdir öz dilində təhsil almasına icazə verməyən, haqq səslərini çıxarmağa möhlət tanımayan, hüquqlarını ayaqlar altına atan fars rejimi indi də Azərbaycan xalqına qarşı soyqırım siyasətinə başlayıb.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın ağır məğlubiyyətini heç cürə həzm edə bilməyən. Azərbaycan yaratdığı yeni geosiyasi reallığı həzm etməkdə çətinlik çəkən İran regional təhülkəsizliyə zərbə vurmaq üçün o gün-bu gün bir an olsun "fəaliyyətinə" fasilə vermək fikrində görünmür. 

İran rejimi təhdid və hədə-qorxularla Bakının gözünü qorxutmağın müşkül olacağına Tehranda səfirliyimizə terror hücumu zamanı növbəti dəfə şahid oldular. 

Bakını hərbi hücumla təhdid edən, keçirdiyi təlimlərlə üzərimizə diş qıcayan, güc nümayişindən çəkinməyən İran molla rejimi anti-Azərbaycan xarici siyasəti ilə paralel olaraq daxildə də güneyli soydaşlarımıza qarşı vəhşiliyindən, barbarlığından əl çəkmir. Azərbaycanla güc dilində danışmağın mümkün olmadığını anlayan molla rejiminin daha təhlükəli addımlar atmağa başladığının şahidi oluruq.

Belə ki, son həftələr İran şəhərlərində - xüsusilə də soydaşlarımzın yaşadığı ərazilərdə, - qızların təhsil mərkəzlərinə zəhərli qazla hücumlar geniş vüsət alıb. İranda kütləvi şəkildə məktəbli qızların zəhərlənməsi hadisələrinin dayanmadan artması ciddi siqnaldır. Bu xoşagəlməz hadisənin sürətli olaraq məhz soydaşlarımızın sıx yaşadığı Cənubi Azərbaycanın Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar, Xürrəmdərə, Qum və digər ərazilərində təkrarlanması qəsdən törədilən məkirli bir plandan xəbər verir. Bu nüans hadisənin məhz İran molla-fars rejimi tərəfindən törədildiyi ilə bağlı ehtimalları daha da qüvvətləndirir. 

Molla rejiminin məqsədi nədir:

⚫️ Rejim məktəbli qızları təhsildən yayındırmaq üçün qəsdən kimyəvi maddələrlə kütləvi zəhərlənmə törədir.

⚫️ Azərbaycan ilə açıq şəkildə kəllə-kəlləyə gəlməyin rejim üçün ağır nəticələnəcəyini başa düşdüklərindən əvəzini güneydəki məktəbli yaşında olan soydaşlarımızdan çıxırlar.

⚫️​ Fars rejimi məktəbli qızları zəhərləməklə Azərbaycanın genefonduna zərbə vurmaq, İran ərazisindəki soydaşlarımızın sürətli şəkildə azalmasını təmin etmək istəyir. Bununla da yaxın gələcəkdə soydaşlarımızın ciddi şəkildə ərazidə azalmasını təmin edib, Güney Azərbaycan istənilən an ayağa qalxıb azadlıq hərəkatına başlaması təhlükəsini deaktivləşdirmək barədə düşünür.

Nəzərə alsaq ki, son aylarda Cənubi Azərbaycanın bir çox kənd və qəsəbələri zəlzələ və digər bəhanələrlə soydaşlarımızdan təmizlənib, həmin ərazilərdəki azərbaycanlılar faktiki olaraq növbəti dəfə öz doğma el-obasından deportasiya edildilər, o zaman molla rejiminin məktəbli qızları zəhərləmək məqsədlərini də anlamaq elə çətinlik yaratmaz. Demək ki, rejim müxtəlif fəaliyyət formalarında azərbaycanlıların İrandan çıxarılması, sayının azalması istiqamətində planını işə salıb.

İran prezidenti İbrahim Rəisi cümə günü ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsində "düşmənlərin" işi olduğunu və kəşfiyyat, eləcə də daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq verdiyini açıqlasa da, ortada heç nə yoxdur. Əksinə olaraq hər ötən gün bu hadisənin daha çox məktəblərdə təkrarlandığı ilə bağlı məlumatlar durmadan artır. 

Rəisinin bu açıqlamasının iz itirmək, şübhələri üzərlərindən atmaq məqsədilə verilmiş bəyanatdan başqa bir şeyə bənzəmir. 

Təəssüf ki, son 3 ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənmələri müəamma olaraq qalır. Zəhərlənənlərin sayı isə artıq minin üzərindədir. İran rəsmiləri bunun izahını verə bilmirlər, əvəzində isə araşdırma aparmaq yerinə yenə hadisənin mərkəzində "xarici düşmənlər" axtarışındadırlar. Amma hadisənin ssenarisi elə öz iş otaqlarında yazılıb. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.