İdman

PSJ Mbappeni məhkəməyə verdi

13 May 2025 17:29
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ, sabiq hücumçusu Kilian Mbappeni klubun imicinə zərər vurduğu iddiası ilə 98 milyon avro təzminat tələbi ilə məhkəməyə verib.

Milli.Az xəbər verir ki, mayın 12-də keçirilən məhkəmə iclasında PSJ-nin hüquqşünasları Mbappenin klubdan maaş və bonuslar adı ilə tələb etdiyi 55 milyon avroluq ödənişin ləğv edilməsini istəyiblər. Onlar futbolçunun bu tələbi əsaslandıracaq kifayət qədər sübut təqdim etmədiyini vurğulayıblar.

Klub nümayəndələri bildiriblər ki, əksinə, Mbappe PSJ-yə reputasiya itkisi səbəbilə zərər vurub və ona görə də təzminat ödəməlidir. Vəkillərin sözlərinə görə, əsas məqsəd 98 milyon avronun ödənilməsi deyil, məsuliyyətin Mbappenin üzərində olduğunu sübut etməkdir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.