Dünya

Tramp Səudiyyə Ərəbistanında qırıcılarla qarşılandı - FOTO

13 May 2025 16:24
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

Milli.Az xəbər verir ki, onu hava məkanında altı Səudiyyə F-15 qırıcısı müşayiət edib.

Prezident təyyarəsindəki jurnalistlərin bildirdiyinə görə qırıcılar uçuşun son yarım saatında "Air Force One"ın hər iki tərəfində yaxın məsafədə uçublar. Trampın aparat rəhbərinin müavini Den Skavino müşayiət anının görüntülərini sosial şəbəkədə paylaşıb.

Tramp təyyarədən enərkən yumruğunu havaya qaldıraraq salam verib. Onu uçuş-enmə zolağında vəliəhd şahzadə Məhəmməd bin Salman qarşılayıb. Bin Salman Trampı bənövşəyi xalça ilə örtülmüş yol boyunca müşayiət edərək görüşün keçiriləcəyi məkana aparıb. Burada Səudiyyə Ərəbistanının de-fakto lideri qonaq üçün qəhvə mərasimi təşkil edib.

Səfərdə Trampı ABŞ-ın müdafiə naziri Pit Hegset, dövlət katibi Marko Rubio, energetika naziri Kris Rayt və ticarət naziri Hovard Lutnik müşayiət edib.

İslam
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.