Siyasət

Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib

22 Fevral 2023 15:11
Baxış: 895

Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunmuşdu. Dəyişikliklər "Laçın dəhlizinin açılması", "Dağlıq Qarabağın blokadadan çıxarılması", "Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması", "ATƏT Minsk qrupunun aktivləşdirilməsi" kimi çağırışları əhatə edirdi.

Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.