Siyasət

İrəvan Qərbin sanksiyalarını belə yarır – Şok rəqəm

21 Fevral 2023 23:02
Baxış: 1 188

Ermənistandan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracın həcmi 2022-ci ildə 2.8 dəfə artaraq 1.6 milyard dollara çatıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının hesabatında qeyd olunub.

Bildirilib ki, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın Aİİ-yə ixracı 2022-ci ildə 9.8 milyarda (1.4 dəfə) çatıb. Bu məbləğin də 9.5 milyard dolları Rusiyanın payına düşür.

Ermənistanın ixracının bir il ərzində bu qədər artması müəmmalı görünür. Normal iqtisadi sistemi, sənayesi olmayan bir ölkənin 1 il ərzində ixrac həcmini 2.8 dəfə artırması absurddur. Belə çıxır ki, Ermənistan dəfələrlə yazıldığı kimi Qərbin sanksiyalarını yarmaqla məşğuldur. Ötən ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlar başlayan kimi Rusiyaya ixracın artması Qərb məhsullarının Ermənistan vasitəsilə daşınması deməkdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.