Siyasət

ABŞ Polşaya 500-dən çox HIMARS verəcək

9 Fevral 2023 08:48
Baxış: 655

Polşa tərəfi ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri üçün 500-dən çox modul alacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

O, həmçinin əlavə edib ki, bu il ölkəyə 506 buraxılış qurğusu tədarük olunacaq.

Nazir vurğulayıb ki, müvafiq sistemlər Polşa istehsalı olan yük maşınlarında quraşdırılacaq.

Qeyd edək ki, bir müddət öncə Dövlət Departamenti ABŞ-nin Polşaya 10 milyard dollara silah - sursat satacağını təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.