Siyasət

Beynəlxalq səyahətçilərə ermənilərin Ağdamda törətdiyi vəhşiliklər nümayiş olundu - FOTO

6 Fevral 2023 12:48
Baxış: 606

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Ağdam şəhərindəki Şəhidlər Xiyabanı ilə tanış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, xiyabanda müharibə qəhrəmanları və mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar dəfn olunub.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazisinə altıncı səfəri baş tutur.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics