Siyasət

İşğaldan azad edilən ərazilərə səfər böyük şərəfdir - Britaniyalı səyyah

4 Fevral 2023 19:36
Baxış: 361

Qarabağ bölgəsi təkcə təbii gözəlliyi ilə deyil, həm də burada yolların, tarixi abidələrin necə sürətlə bərpa olunduğu ilə məni heyran etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şənbə günü britaniyalı səyyah Mark Qodisson deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərə səfər etmək böyük şərəfdir.

"İndi biz Şuşada Cıdır düzündəyik. Artıq bu düzənlik haqqında çox eşitmişəm, amma bu gün gördüklərim bütün gözləntilərimi üstələyib", - deyə o əlavə edib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan bu regionun inkişafına çoxlu səylər və investisiyalar yatırır.

"Füzuli hava limanını belə qısa müddətdə necə tikdiyinizi gördükcə, tam əminliklə deyə bilərəm ki, biz 5 ildən az müddətdə bura qayıdanda burada hər şey bərpa olunacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində beynəlxalq səyahətçilər bu gün Xocavənddə Azıx mağarasında olub, Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.