Siyasət

Ukraynanın şərqində şiddətli döyüşlər gedir - Malyar

2 Fevral 2023 07:58
Baxış: 1 318

Ukraynanın şərqində şiddətli döyüşlər davam edir. Düşmən Liman istiqamətində hücum coğrafiyasını genişləndirməyə çalışır və Ukrayna müdafiəsini yarmaq üçün güclü cəhdlər edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Qeyd olunub ki, böyük itkilərə baxmayaraq, Rusiya qüvvələri Baxmut, Avdeyevski, Novopavlovski istiqamətlərində də hücum əməliyyatlarını davam etdirir.

Malyarın sözlərinə görə, rus qoşunları fəal şəkildə Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çatmağa çalışır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.