Siyasət

“İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın” - Xələf Xələfov

29 Yanvar 2023 23:21
Baxış: 621

Azərbaycanın İrandaki səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

XİN başçısının müavini qeyd edib ki, silahlı hücum dünyanın 60-dan çox ölkəsinin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri tərəfindən terror aktı kimi pislənib.

"İran tərəfindən tələb olunub ki, bu cinayət şəffaf şəkildə araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun və Azərbaycan tərəfinə konkret məlumatlar təqdim edilsin", - X.Xələfov əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics