Siyasət

Çaba Koroşi Tehranda Azərbaycan səfirliyinə hücumu pisləyib

27 Yanvar 2023 23:59
Baxış: 869

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroşi tərəfindən də pislənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, terror aktı ilə əlaqədar Ç.Koroşinin adından yayılan bəyanatda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumun qınandığı bildirilib. Həmçinin səfirliyin həlak olmuş əməkdaşının ailəsinə və yaxınlarına başsağlığı ifadə olunub, yaralanan iki nəfərə isə tezliklə şəfa tapmaları arzulanıb.

Bəyanatda bu hücumun tezliklə araşdırılmasının vacibliyi də qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.