Siyasət

Güneyli soydaşlarımız, nəyi gözləyirsiniz? - Azərbaycanı yox etmək istəyən rejimə qarşı...

27 Yanvar 2023 17:19
Baxış: 3 708

İran molla-fars rejiminin Azərbaycana qarşı kini-küdurəti artıq sərhədləri aşmaqda, bütün qırmızı çizgiləri keçməkdədir. Bu gün Azərbaycan səfirliyinə edilən terror hücumu bu məqamı xüsusilə açıq şəkildə göstərdi. Hücum nəticəsində diplomatik nümayəndəliyin Mühafizə Xidmətinin rəisi Orxan Əsgərov öldürülüb, digər iki nəfər isə yaralanıb. 

Azərbaycan səfirliyinə bu terror hücuma görə İran məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia etsələr də, yenə də buna görə məsuliyyət daşıyırlar. Amma bu da İranı məsuliyyətdən azad etməyəcək, Azərbaycanın fikrinə zərrə qədər də təsir etməyəcək. Çünki hər şey çılpaqlığı ilə ortadadır.

İdarə etdiyi maşını səfrirlik əməkdaşlarının avtomobilinə çırparaq saxlayan şəxsin belə bir hücum planı öncədən düşünülmüşdür. Azərbaycanlı səfərlik əməkdaşlarını diqqətlə izlədiyi bəlli olan terrorçu qapı bağlanan anda artıq bu hadisəni törətməklə həmin şəxslərin səsi duyaraq yenidən qapını açıb geri dönməsi məqsədi ilə bu addımı atır, necə ki baş verdi. Terrorçu qapıda duran İran polisini öldürmür, ona sadəcə əl hərəkəti ilə nəyisə işarə edir. Videodan görünür ki, İran hüquq-mühafizə orqanının əməkdaşı heç bir şey etmir. Bu kadrlar da deməyə əsas verir ki, bu şəxs bilavasitə İran xüsusi xidmət orqanlarınn tapşırığı əsasında hərəkət edib və bu teraktın baş verəcəyindən İranın bütün güc strukturları xəbərdar olub.

İranın açıqlaması isə təəccüb doğurur və gülüncdür. Tehran terror aktını şəxsi əlaqələr zəminində az qala məişət hadisəsi kimi təsvir etsin. Bunun özü də İrana qarşı şübhələri artırır. Terror olayından sonra İran polisi açıqlamasında "yanında iki uşaqla səfirlik binasına gəlib" bəyanatı ağ yalandan, dezinformasiyadan başqa bir şey olmadı. İran hüquq-mühafizə orqanlarının elə ağı yalanını yayılan videokadrlar təsdiqləyir. Hadisəyə "ailə-məişət zəminində" donu geyindirməyə çalışan İran polisi təbii ki, bunu özbaşına yox, molla rejimindən ona öncədən verilən təlimata uyğun şəkildə edir.

Tehrandakı Səfirliyimizə edilən silahlı hücum terror hadisəsi olmaqla yanaşı İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir. Adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək Bakının gözünün odunu almağa açlışır. Bunu iranın bir nəbz yoxlaması da adlandıra bilərik. İstisna edilmir ki, bundan sonra daha böyük terakt planları hazırlana bilər. 

Artıq Azərbaycan İrandakı səfirliyimizin digər əməkdaşlarını Azərbaycana təxliyə edib. Buradan belə nəticəyə gəlmək olur ki, rəsmi Bakı terror aktının arxasında Tehran rejiminin dayandığına şübhə etmir.

Lakin İran unutmamalıdır ki, Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək iqtidarındadır. Erməniyə qardaş deyib, onun təhlükəsizliyini öz qırmızı xətti hesab edən İran molla-fars rejimi bir müddət öncə Tehranın İrəvan ilə qardaşlaşdığını rəsmi olaraq elan etdi. Bundan günlər sonra isə Tehrandakı bu terakt "qırmızı xətti"in Azərbaycana qarşı "qırmızı xətt"in keçilməsindən başqa bir şey deyil. 

Azərbaycan İranın tarix boyu bizə qarşı olan yanaşmasını hər zaman açıq şəkildə dilə gətirməsə də həmişə bundan xəbərdar olub. "Qırmızı xətt" mesajları ilə başlayan, hərbi təlimlər sonrası isə İran mediasının Azərbaycanı açıq şəkildə hədəf alması ilə davam etməsi nəticəsində İran-Azərbaycan münasibətləri ən kəskin dövrünü yaşayır ki, bu terakt həmin gərginliyə barıt əlavə etmək kimi bir şey oldu.

İranda 40 milyon soydaşımızın ana dilində təhsil hüququndan məhrum edilməsi, min cür işgəncəyə məruz qalması, edam edilməsi azmış kimi, digər yandan da artıq molla-fars rejimi indi Azərbaycanı teraktlarla təhdid etmək üsulunu seçib kimi görünür. Tehran gördü ki, heç bir hədə-qorxu üsulu Bakını yolundan döndərməyəcək, bu üsulu da sınaqdan keçirmək qərarı verdi. 

Unutmaq olmaz ki, İran Azərbaycan səfirliyinə hücum edilən ilk müsəlman ölkəsi kimi tarixə düşdü. Eyni zamanda İranda terror hücumunun edildiyi ilk müsəlman ölkəsi... Onu da nəzərə almaq lazımdır ki, o ölkədə tarix boyu diplomatlara, səfirlik əməkdaşlarına qarşı terror əməli rejimin icazəsi olmadan heç vaxt həyata keçirilməyib. Bu detal özü də deməyə əsas verir ki, səfirlik binamıza edilən terror hücumu birbaşa olaraq molla rejiminin ali liderinin göstərişi əsasında edilən verilən bir tapşırıqdır. 

Hətta ölkəsində bu boyda teraktın baş verdiyi, müstəqil bir ölkənin səfirliyinə hücum edildiyi, səfirlik əməkdaşının qətlə yetirilildiyi bir qanlı olayın dünya gündəmini aldığı bir vaxtda İranın birinci şəxsi Ayətullah Xameneyinin hələ də ortaya çıxıb olaya siyasi qiymət verməməsi, İran dövlətinin Azərbaycandan üzr istəməməsi, terror aktını törədən şəxslərin layiqincə cəzalandırılacağı barədə də hələlik heç bir təminat verilməməsi bütün qaranlıq məqamlara işıq salmaq adına olduqca önəmli detallardır.

Biz bu sadalananların əvəzinə nəyi görürük?! Əksinə, İran tərəfi izi itirməyə, azdırmağa çalışır. Tehran polisi gah deyir hücum zamanı terrorçu hadisə yerinə iki uşağı ilə gəlib, gah deyir bu ailə-məişət zəmnində törədilib("ilkin araşdırma zamanı terrorun motivinin şəxsi və ailə problemləri zəminində olduğu məlum olub"). İstənilən açıqlama Tehranı şübhəli qismindən kənarlaşdıra bilməz. Hadisələr bir daha təsdiq edir ki, bu terrorçu rejim bölgədə sülh, sabitlik və tərəqqiyə başlıca təhdidlərdən biri olaraq qalır. 

Azərbaycanın mükəmməl şəkildə Tehranın yaratdığı şəbəkənin dalğalarını zəiflədib, molla rejiminin məkrli planlarını ifşa etdiyi bir vaxtda belə bir məkirli planla Bakını təhdid etmək cəhdi ancaq elə molla rejiminin və onun "qardaşlaşdığı" Ermənistana uyğun mübarizə xəttidir.  

Azərbaycanın İsraildə səfirlik açması, Azərbaycanın Ermənistana qarşı iddialı gündəliyi və bunun üçün göstərdiyi iradə, İranın kəşfiyyat-terror həmlələrinin dəf edilməsi, Azərbaycanın İrandakı aksiyalar fonunda soydaşlarımızın hüquqlarını qabartması molla rejimini narahat edən nüasnlar hesab edilə bilər. Lakin Güneydəki həmvətənlilərimiz, soydaşlarımız artıq bu özbaşınalığa, bu çirkab oyunlara səssiz qalmamalı, molla-fars rejiminə Azərbaycan xalqının nəyə qadir olduğunu nümayiş etdirmək zamanının yetişdiyi qənaətindəyəm. 

Güneyli soydaşlarımız bu gün Azərbaycan üçün İran molla-fars rejimi qarşısında ən unikal və təsirli "silahdır". Artıq molla rejiminə Azərbaycana qarşı, onun dövlətinin diplomatlarına qarşı planlanan növbəti terrorların rəsmi Tehran üçün hansı faciəvi nəticələrlə yekunlaşacağını iliyinə qədər hiss etdirməyin zamanı olduğunu düşünürəm. Çünki rejim bunu etməmək üçün heç bir səd saxlamadı, çünki Tehran bu cür terror aktı ilə Azərbaycana qarşı açıq şəkildə savaş elan etdi. 

İndi isə tez-tez Güneydən eşitdiyimiz "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarlarını səsləndirən soydaşlarımızın, qardaş-bacılarımızın birlik-bərabərlik nümayiş etdirərək Azərbaycana kəm baxanları kor etmək üçün həmin o məqamıdır. 

Təhməz Əsədov
Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.