Niyə “Vardanyan layihəsi” məhz layihədir?
Suala cavab vermək üçün "Qisas əməliyyatından" sonra İrəvan-Bakı münasibətlərindəki hadisələr ardıcıllığına nəzər yetirmək vacibdir. Belə retrospektiv 3 məsələni aydınlaşdırır:
- Rusiya Sülhməramlı Kontingenti (RSK) mandatsız olması Moskvaya "yerdə" nəsə etməyə imkan vermir;
- Ermənistan Azərbaycanın "yerdə" əhəmiyyətli addımlar ata biləcəyini dərk etdi;
- Bakı Xankəndi ilə əlaqə yaratmış və ermənilərin Laçın və Zabuxdan köçürülməsini həyata keçirmişdir.
Hadisələr və məzmun
31 avqust - üçtərəfli sammit çərçivəsində Brüsseldə Bakının təklif etdiyi prinsiplər əsasında (yəni Qarabağsız) sülh sazişinin (SS) mətni üzrə işin aparılmasına dair razılıq əldə edilir → sərhəd üzrə iclas təşkil olunur → noyabrda növbəti sammit baş tutur. Bu, SS-in aktuallaşmasına dair ilk siqnal idi!
1 sentyabr - dövriyyə "Vardanyan layihəsi" buraxılır: Vardanyan Rusiya vətəndaşlığından imtina edir → Qarabağa köçür → "Artsaxın təhlükəsizlik və inkişaf" fondunu təsis edir. Hazırda fondun adı var özü isə yox.
Sentyabrın əvvəlində Rusiya Qarabağ məsələsinin "gələcək nəsillərə" saxlanılmasını nəzərdə tutan SS variantını irəli sürür. Faktiki olaraq Rusiya 2 prosesin 1 prosesdə birləşməsinə çalışır.
12-13 sentyabrda şərti sərhəddə silahlı toqquşma = İrəvan və ya 3cü tərəfin Ermənistan SQ-dəki agentlər vasitəsilə SS prosesi əleyhinə etdiyi təxribat.
27 sentyabr - Vaşinqton görüşü/razılaşması: SS prosesi və Qarabağ mövzularının bir-birindən ayrılması → Bakı-Xankəndi (assimetrik) dialoqunun razılaşdırılması. Bakı-Xankəndi ilə bağlı bəndin anlaşılmasında ziddiyyətlər olsa da, proseslərin bir-birindən ayrılması qərarlaşdırıldı.

2 oktyabr - SS mətnini müzakirə etmək məqsədilə xarici işlər nazirlərinin Cenevrədə görüşü: MQ həmsədrləri prosesdən kənar qalır və prosesin Qarabağsız 2 tərəfli əsasda aparılması möhkəmlənir.
4 oktyabr - Arutyunyan Vardanyana "dövlət naziri" vəzifəsini təklif edir. Vardanyan və layihə müəllifləri hadisələri götür-qoy etməyə başlayırlar.
6 oktyabr - Praqa sammiti: ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan Praqa bəyanatı Qarabağ məsələsinin bir daha hallanmaması prosesin Rusiyanın iştirakı olmadan irəli getməsi.
Oktyabrın ortaları - "Vardanyan layihəsi" müəllifləri Rusiya KİV-lərində Azərbaycana və Paşinyana qarşı kampaniyaya başlayır.
27 oktyabr - Valdayda Putin Ermənistanı Alma-Ata bəyannaməsi əsasında sülh sazişini imzalamağa tələsməməyə çağırır → Paşinyan dərhal Rusiyanın SS layihəsini 100% dəstəklədiyini bəyan edir.
31 oktyabr - Soçi sammiti: Praqada əldə edilən nəticə (ərazi bütövlüyünün qarşılıqlı tanınması) Soçi bəyanatı ilə təsdiqlənir → Qarabağ və mandat məsələlərini mətnə daxil etmə, yəni proseslərin birləşdirilmə cəhdi iflasa uğrayır. SS prioritetdir, ondan geri dönmək/yayınmaq qəbul olunmazdır.
4 noyabr - Vardanyan "dövlət naziri" təyin olunur
Nəticə
- Proseslərin (sülh sazişi və Qarabağ) ayrılması və "Vardanyan layihəsinin" aktivləşməsi arasında əlaqə mövcuddur.
- Ziddiyyətlərə rəğmən, Bakı-Xankəndi formatı aktuallaşdıqda, Rusiya regionda tamamilə idarə olunan Vardanyanın timsalında peyda olur.
- Vardanyan RSK-nı Ermənistan rəhbərliyinin tənqidindən çıxarıb, ona beynəlxalq mandatın qazanılmasına çalışır. Fransada Araik beynəlxalq kontingent xahiş etdikdə Vardanyan müdaxilə edib, mandatın yalnız RSK üçün istənilməsini tələb etmişdir.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, "Vardanyan layihəsi" SS prosesini dayandırmaq və danışıqlar prosesinə Qarabağ məsələsini qaytarmaq məqsədilə Rusiya tərəfindən atılan uğursuz cəhddir. Bu cür siyasətin nəticəsi olmayacaq. Əksinə, bu Bakının Laçın yolu üzərində nəzarətinin güclənməsinə gətirdi.
"Vardanyan layihəsi"nin resursu tükənmək üzrədir. Vardanyan üzərinə qoyulmuş funksiyanı natamam yerinə yetirib. SS prosesi dayansa da, yenə də gündəlikdədir. Qarabağ məsələsi isə beynəlmilləşsə də, SS prosesinin ayrılmaz hissəsinə çevrilmədi.
Üstəlik, "layihə" Qarabağ ermənilərini birləşdirmək əvəzinə separatçılar daxilində parçalanmalara, ümidsizlik mühitinin yaranmasına və Qarabağda mövcud yeganə əhəmiyyətli sənaye obyektinin işinin dayanmasına səbəb oldu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
XƏBƏR LENTİ
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri





