İran

Pezeşkianın Trampa cavab verdi

23 Mart 2026 10:15
Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın açıqlamalarına cavab verib.

Milli.Az xəbər verir ki, Pezeşkian "İranı xəritədən silmək" kimi fikirlərin reallıqdan uzaq olduğunu bildirib.

Onun sözlərinə görə, bu cür yanaşmalar tarix boyu formalaşmış bir millətin iradəsi qarşısında acizlik və çarəsizliyin göstəricisidir.

Pezeşkian vurğulayıb ki, təhdid və təzyiq dili İranı geri çəkilməyə məcbur etməyəcək. Əksinə, belə bəyanatlar İran xalqını daha da birləşdirir və ölkə daxilində həmrəyliyi gücləndirir.

İran prezidenti əlavə edib ki, heç bir xarici güc İran xalqının iradəsini sındıra bilməz və bu cür təhdidlər yalnız regionda gərginliyi daha da artırır. /Musavat.com

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.