Siyasət

"Ağa"lar dığaları silahlandırmağa başladı - FOTO

23 Yanvar 2023 11:08
Baxış: 3 345

Cənubi Qafqazda hadisələrə təsir imkanlarını əldən verən və geosiyasi müstəvidə adi regonal oyunçuya çevrilən İran İslam Respublikası indi Ermənistandan alət kimi istifadə edərək "geriqayıdış"a nail olmaq niyyətindədir.

Ukraynada müharibə aparan Rusiyaya PUA-larla yanaşı, zirehli jiletlər, dəbilqələr, 122 mm və 152 mm çaplı top mərmiləri, minatanlar və tank əleyhinə raket qurğuları üçün raketlər satan İran eyni çeşidli göndərişləri Ermənistana da etməyə başlayıb.

Hazırda İtaliyadan 3 səyyar-mobil kazarma kompleksi satın almış Ermənistan Müdafiə Nazirliyi İrandan "Shahed-136" və "Ababil" zərbə pilotsuz uçan aparatlarını (PUA) satın almaq niyyətindədir.

İrəvanla Tehran arasında iki ay əvvəl başlayan və hazırda davam edən danışıqlarda digər məqam isə sözügedən zərbə PUA-larının Ermənistanda istehsal edilməsi üçün yerli istehsal müəssisəsinin, zavodun inşasıdır.

Əldə etdiyimiz məlumatlara görə, həmin PUA-ların istehsalçısı olan, İranın İsfəhan şəhərində yerləşən HESA dövlət konserni Ermənistanın Spitak şəhərində kiçik zavod inşa etməyi planlayır.

Zavod HESA-nın Tacikistanda qurduğu digər zavodun tam analoqu olmalıdır.

Bununla yanaşı, İrandan Ermənistana "Dehlaviyeh" ("Dəhləviyə") və "Almas" tank əleyhinə raket kompleksləri (TƏRK) verməyə davam edir.

2022-ci ilin noyabrın 12-dən bəri İrandan Ermənistana 740 "Dəhləviyə" və 210 "Almas" göndərilib. Bu TƏRK-lərin satışına ötən ay başlanıb: yerdə qalan komplekslərin hamısı İranın Ermənistana hədiyyəsidir.

İran hakimiyyəti bu minvalla "Cənubi Qafyqazda Təl-Əviv-İstanbul-Bakı strateji üçbucağının güclənməsinin qarşısını alaraq qüvvələri bərabərləşdirmək" niyyətində olduğunu vurğulayır.

Faktiki olaraqsa Tehrandakı molla rejimi Ermənistanı silahlandıraraq "dost və qardaş erməniləri yeni savaşa hazır etmək"lə məşğul olur.

Lakin Ermənistanın və ermənilərin belə savaş olarsa nələri itirərək hansı fəlakətlərə düçar olacaqları isə ayətullaları əsla maraqlandırmır.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics