Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
"Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər möhkəm platforma formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsinin gedişində dövlətmizin başçısına ünvanlanan suallar bunu deməyə əsas verir ki, dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin Azərbaycana, ölkəmizdə gedən proseslərə marağı kifayət qədər böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin bir-birinə etibar edən dost və tərəfdaş ölkələr olduğunu nümayiş etdirir. Önəmli məqamlardan biri budur ki, ölkələrimiz beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər və bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyirlər".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin formalaşmasında və inkişafında "Bir kəmər, bir yol" layihəsinin xüsusi rolu var:
"Hələ 2013-cü ildə Çin Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası elan etmişdi. Strategiyanın əsas məqsədi malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılması idi. Hələ o dövrdə Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə oldu. 2019-cu ildə Pekində keçirilmiş 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun gedişində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin demişdi ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir və Böyük İpək Yolunun bərpasında təbii tərəfdaşdır. Çin lideri "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini də xüsusi qeyd etmişdi. Öz növbəsində Prezident İlham Əliyev CGTN-ə müsahibəsində xüsusi olaraq vurğuladı ki, "Bir kəmər, bir yol" təşəbbüsü çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş müdrik bir təşəbbüs idi. Azərbaycanın bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşularaq hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başlaması, artıq dövlətimizin məhz gələcəyə hesablanmış iqtisadi siyasətinin müdrikliyinin daha bir göstəricisidir. Azərbaycan bu təşəbbüsün ilk dəfə irəli sürüldüyü gündən keçən 10 il ərzində layihənin rellaşdırılması istiqamətində çox böyük işlər görüb. O cümlədən, Xəzər dənizində ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilib. Hazırda bu limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstərici 25 milyon tona qədər artırılacaq. Xəzər dənizi ilə yükləri daşımaq üçün Bakıda gəmiqayırma zavodu inşa olunub. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Cənab Prezident öz müsahibəsində bir məqamı da xüsusi vurğuladı ki, "Bir kəmər, bir yol" təşəbbüsü həmçinin digər marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımaları fəallaşdırıb. İndi artıq Şimal-Qərb marşrutu üzərində işlər aparılır. Bu, uğurla inkişaf edən qlobal layihədir və marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər".
K.Qafarov daha sonra deyib:
"Dövlətmizin başçısı müsahibəsində müasir dünyada getdikcə dərinləşən qütbləşmə prosesi fonunda Qoşulmama Hərəkatının mövcud potensialından düzgün istifadə edilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Cənab Prezident Azərbaycanın timsalında müasir dünyada qarşılıqlı yardım və paylaşmaların nə qədər vacib olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Həm də ölkəmiz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən edib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər dünya liderləri ambisiyalar və virtual liderlik uğrunda mübarizədən əl çəksələr, silahları yerə qoyaraq bəşəriyyətin üzləşdiyi yoxsulluq, aclıq, bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi fundamental problemlərə diqqətlərini yönəltsələr, bu zaman dünya daha gözəl və daha təhlükəsiz olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək





