İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat
2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam-cüməsi, eləcə də ölkənin mühüm qurumlarından biri olan Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə hər il yanvar ayının 19-u bu ölkədə, xüsusən onun azərbaycanlılar yaşayan əyalətlərində "Dünya Müsəlman Azəriləri Günü" kimi qeyd olunur.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə alternativ və cavab kimi düşünülmüş bu tarixin seçilməsi aşağıdakı kimi əsaslandırılır: "19 yanvar 1990-cı ildə Sovet hökumətinin zəifləməsi ilə 70 il özünün tarixi vətəni İrandan, islami və şiə kimliyindən uzaq qalmış Azərbaycan Respublikası əhalisi İran sərhədlərinə axışdı, "Allahu Əkbər", "La ilahə illəllah" şüarları səsləndirərək, tikanlı məftilləri qırdılar, çətin və təhlükəli bir şəraitə baxmayaraq, İran torpağına daxil oldular. Onlar hər şeydən öncə öz ana vətənləri İranın torpağını öpdülər. Sonra məscidlərə gedərək, namaz qıldılar. Bu dönüş günü Azərbaycanın müasir tarixinə azərbaycanlıların iranlı və islami kimliyinə qayıdış günü kimi daxil oldu".
Göründüyü kimi, Molla rejiminin ideoloqları çoxlarının yaxşı xatırladığı yaxın tarixin hadisələrini həyasızcasına təhrif edir, 1989-cu ilin sonunda baş vermiş sərhəd hərəkatının, həmçinin 1990-cı ilin 20 yanvarı ərəfəsi və sonrasında baş vermiş proseslərin mahiyyətini başqa cür təqdim etməyə çalışırlar.
Daha dəqiq desək, soyuq qış günlərində min bir əziyyətlə, bütün maneələri aşaraq öz qan qardaşları ilə ayrılığa və az qala iki əsrlik həsrətə son qoymaq üçün Quzey Azərbaycan əhalisinin bütövlük amalı ilə Arazın o tayına üz tutması azərbaycanlıların guya İrana və islama can atması kimi qələmə verilir. Həmin saxta tezis srağagün, yəni yanvarın 19-da Ərdəbilin Şeyx Səfi kompleksindəki Xətayi salonunda keçirilən növbəti mərasimdə də dönə-dönə təkrar edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışlarının məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)





