Siyasət

"Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır"

18 Yanvar 2023 23:34
Baxış: 828

Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda keçirdiyi görüşdə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd edib.

Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirib, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğulayıb.

Qeyd edək ki, söhbət zamanı Azərbaycan Prezidenti latviyalı həmkarını ölkəmizə səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.