Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (elbası) elan edən "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında" qanunun etibarsız sayılması barədə qərar çıxarıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "RBC" məhkəmənin qərarına istinadən məlumat yayıb.
"Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qüvvədən düşmüş hesab edilir", - sənəddə qeyd edilib.
Qeyd edək ki, Nazarbayev Qazaxıstana 30 ilə yaxın rəhbərlik edib və 2019-cu ilin martında bu vəzifəni tərk edib.
Milli.Az