Siyasət

Daha 195 hektar ərazi minalardan təmizlənib

9 Yanvar 2023 18:00
Baxış: 494

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, yanvarın 5-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki,195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory