Siyasət

İran XİN sözçüsü Tehran-Bakı münasibətlərindən danışdı

9 Yanvar 2023 13:16
Baxış: 1 634

"İran və Azərbaycan iki qonşu ölkədir. Uzun, müştərək sərhədlərə malikdir, müştərək maraqlardan ortaya gələn siyasi əməkdaşlıqları mövcuddur".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

"Düşünürük ki, iki ölkə arasında mövcud olan bəzi anlaşılmazlıqlar danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan tərəfi bu haqda müsbət addımlar atıb və İran da öncədən olduğu kimi, bu çərçivədə addımlayır", - o bildirib.

Kənani İran və Azərbaycan arasında münasibətlərin soyuq olmasına dair iddiaları təkzib edərək qeyd edib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlər normaldır.

O, Məhəmməd Baqir Qalibafın İran-Azərbaycan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə də münasibət bildirib. XİN rəsmisi vurğulayıb ki, beynəlxalq iclaslarda bir neçə tərəfli görüşlərin keçirilməsi təbiidir və belə bir görüşün keçirilməsi üçün əlverişli şərait var.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.