Siyasət

ABŞ Türkiyənin yeni adını təsdiqlədi

7 Yanvar 2023 08:03
Baxış: 844

ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyənin ingiliscə yeni yazısı olan "Turkiye"dən istifadə ediləcək.

Bu barədə dekabrın 6-da ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamenti yeni rəsmi sənədlərdə Türkiyənin "Turkey" deyil, "Turkiye" yazılması barədə göstəriş verib.

Qeyd edək ki, bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın sonuna Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində atılıb. Səfər zamanı Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı rəsmi Ankaranın mövqeyi müzakirə olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.