Siyasət

Çavuşoğlu Pelenin dəfn mərasiminə qatıldı

3 Yanvar 2023 07:35
Baxış: 759

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn mərasimində iştirak edib.

Bu barədə "Akşam" qəzeti məlumat yayıb.

Nazir dəfn mərasimindən əvvəl Braziliyada Pelenin karyerasına başladığı və 19 il oynadığı "Santos" klubunu ziyarət edib, klub prezidenti Andres Rueda ilə görüşüb. Prezident Rəcəb Tayyib Ərdoğan və türk xalqının adından Ruedaya başsağlığı verən Çavuşoğlu bildirib ki, Pele bütün türk xalqının və bütün dünyanın ürəyindədir.

Nazir M. Çavuşoğlu daha sonra Pelenin dəfn mərasiminə qatılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.