Siyasət

Narazılıq: Zelenski Netanyahunun tələbini rədd etdi

1 Yanvar 2023 15:18
Baxış: 966

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının Fələstin ərazilərinin işğalı ilə bağlı qətnaməsinə səsvermədən əvvəl İsrailin baş naziri Benyamin Netanyahunu dilemma qarşısında qoyub.

Zelenski ilə Netanyahu cümə günü danışıqlar aparıblar. İsrailin baş naziri Ukrayna nümayəndəsindən Fələstin ərazilərinin işğalının nəticələri ilə bağlı hüquqi rəy verilməsini tələb edən qətnamənin əleyhinə səs verməsini istəyib.

Zelenski cavabında bildirib ki, tələbin yerinə yetirilməsi müqabilində Ukraynanın silahla, ilk növbədə, raketdən müdafiə sistemləri ilə təmin edilməsi məsələsində İsrailin mövqeyində dəyişiklik görmək istərdi. Netanyahu ona dərhal belə bir söz vermək istəməyib və gələcəkdə bu məsələyə qayıtmağı təklif edib. Amma cavab Ukrayna prezidentini qane etməyib.

Nəticədə Ukrayna təmsilçisi sadəcə olaraq səsverməyə gəlməyib. BMT Baş Assambleyası qətnaməni təsdiqlədi: 87 ölkə lehinə, 24 ölkə əleyhinə, 53 ölkə bitərəf qalıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.