Siyasət

Prezident: Serbiya ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik

21 Dekabr 2022 16:14
Baxış: 587

Dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı deyib: "Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik".

Serbiyada səfərdə olarkən müdafiə sənayesi sahəsi ilə bağlı da müvafiq göstərişlər verdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti vurğulayıb ki, bu sahədə də hər iki ölkənin potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.