Siyasət

Putin Ukraynaya getdi – Kreml təsdiqlədi

20 Dekabr 2022 23:28
Baxış: 2 524

Rusiya lideri Vladimir Putin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zonasına gedib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yayılan məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

O qeyd edib ki, Putin ötən həftənin 5-ci günü səfər edib.

Qeyd edək ki, bundan öncə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov Teleqram kanalında Putinin xüsusi əməliyyat zonasına səfər etdiyini açıqlamışdı. Putin xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib, qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.