Siyasət

Xocavənddə iki erməni mina partlayışı nəticəsində ağır xəsarət alıb

19 Dekabr 2022 13:07
Baxış: 1 504

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin istiqamətdəki mənbələrdən əldə edilən məlumatda dekabrın 18-də günorta saatlarında baş verən partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir. Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib.

Məlumatda, həmçinin qeyd olunub ki, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü isə baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.