Siyasət

Rusiya və ABŞ bu həftə Uilanla bağlı məsləhətləşmələr keçirəcək

13 Dekabr 2022 08:42
Baxış: 606

Rusiya və ABŞ nümayəndələri bu həftə yüksək səviyyəli məsləhətləşmələr aparacaqlar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib. Məsləhətləşmələr Rusiyada saxlanılan amerikalı Pol Uilanla bağlı olacaq.

"Uilan işi ilə bağlı Rusiya Federasiyası ilə əlaqəmizin olub-olmaması ilə bağlı suala gəlincə, bu həftə onlarla əlaqə saxlayacağıq. Mən bu barədə ətraflı danışmayacağam, çünki bütün bunları məxfi saxlamağa çalışırıq",- deyə o bildirib.

Sallivan bildirib ki, hər şey planlaşdırılmış şəkildə davam edir və qarşı tərəflə əlaqə saxlanılıb, növbəti yüksək səviyyəli məsləhətləşmənin bu həftə baş tutacağı qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.