Siyasət

Qarabağdakı qondarma "rus icması"nın sədri yenə sərsəmlədi

12 Dekabr 2022 14:46
Baxış: 2 606

"Dağlıq Qarabağ"da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər.

Milli.Az xəbər verir ki, bu sözləri azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Qarabağdakı qondarma "rus icması"nın sədri Aleksandr Bordov deyib.

Bordov özünün təxribatçı çıxışında ölkəmizi 10 noyabr Üçtərəfli bəyanatını pozmaqda ittiham edib:

"Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10.11.2020-ci il tarixli Üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur".

Qeyd edək ki, Azərbaycanda Rus İcması rəsmən qeydiyyatdadır və aktiv də fəaliyyət göstərir. Bu icmanın rəhbəri Mixail Zabelin həm də millət vəkilidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.