Almaniyanın "Rheinmetall" şirkəti Ukrayna üçün "Skynex" HHM sistemi hazırlayır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, 182 milyon dollarlıq sistemin çatdırılması 2024-cü ilə nəzərdə tutulub. Sistemi yerləşdirmək üçün istifadə edilən HX yük avtomobillərinin dəyəri 12 milyon dollardır. Xərcləri Almaniya hökuməti üzərinə götürəcək.
Qeyd edək ki, "Skynex" HHM sistemi PUA və yaxın məsafəli raketləri məhv etmək üçün nəzərdə tutulub.
Milli.Az