Siyasət

Rusiyaya "narahatlıq doğuran ölkə" statusu verilib

3 Dekabr 2022 22:22
Baxış: 1 113

ABŞ 12 ölkə və 9 təşkilatı "narahatlıq doğuran ölkə və ya təşkilat" adlandırıb.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin dini azadlıqlarla bağlı bəyanatında deyilir.

Onların arasında Rusiya və Rusiyanın "Vaqner PMC" silahlı qruplaşması da var.

Rusiya ilə yanaşı, "narahatlıq doğuran ölkələr" siyahısına Çin, Şimali Koreya, İran və Myanma və digərləri daxildir. Onların hamısı 1998-ci il Beynəlxalq Dini Etiqad Azadlığı Aktını pozaraq "dini azadlığa qarşı ciddi məhdudiyyətlərdə iştirak edib və ya onlara dözüb", - Blinken bildiri.

"Vaqner PMC" şirkətinin Mərkəzi Afrika Respublikasındakı hərəkətlərinə görə, ABŞ-ın narahatlığına səbəb olur.

Siyahıya İŞİD, "Boko Haram" və "Taliban" kimi terrorçu təşkilatlar da daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.