Siyasət

Ukraynada döyüşən və ölən qadın hərbçilərin sayı açıqlandı

29 Noyabr 2022 08:52
Baxış: 1 041

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 101 ukraynalı qadın hərbçi həlak olub.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

"101 qadın hərbçi həlak olub. 50 nəfəri isə itkin düşüb. 100-dən çox yaralı var", - Reznikov bildirib.

O vurğulayıb ki, artıq 50 qadın hərbçi dövlət mükafatlarına layiq görülüb.

Nazir əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrində 59 786 qadın xidmət edir. Bunlardan 41 mini hərbi qulluqçu, 19 mini mülki işçilərdir. 5 minə yaxın qadın cəbhə xəttindədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.