Siyasət

Ukraynada İnternetlə bağlı problem yaranıb

24 Noyabr 2022 09:00
Baxış: 633

Rusiyanın hava zərbələrindən sonra Ukraynanın əksər ərazilərində İnternetə çıxış çətinləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal Transformasiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cərəyan kəsildiyi üçün mobil operatorlar və baza stansiyaları generatorlıarı işə salıblar. Şəbəkədə ifrat yüklənmə baş verib.

"NetBlocks" şirkətinin statistikasına görə noyabrın 23.-də Ukraynada internetə giriş səviyyəsi 1 gün əvvəlki ilə müqayisədə 65% az olub. Təmir qrupları sıradan çıxmış rabitə xətlərini bərpa edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.