Qazaxın 7 kəndi qaytarılır: Digər anklavlar isə... - Şəfiyev detalları açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə Azərbaycanla əhatəli və çərçivə sazişinin imzlanmasından danışıb. O, daha çox çərçivə sazişindən bəhs edib. Eyni zamanda ərazi mübadiləsi ilə bağlı da məsələlərə toxunulub. Erməni tərəfi iddia edir ki, Azərbaycan bu ilin sentyabr və 2021-ci ilin mayındakı hərbi əməliyyatlarla müəyən əraziləri nəzarətə götürüb. Amma fakt odur ki, 1991-ci ildən Qazağın 7 kəndi hələ də Ermənistanın işğalı altındadır. Hazırda Ermənistan tərəfindən bu tipli məsələlərlə bağlı açıqlamalar verilir. Əslində isə bu, onların prosesə baxışıdır.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, erməni tərəfi Qazaxın 7 kəndi və anklav əraziləri Azərbaycana təhvil verməyə hazır olduğunu bəyan edir: "Əslində onlar açıq danışmır. Çünki anklavlarla bağlı Ermənistan tərəfindən verilən açıqlamalar heç də aydın deyil. Onlar anklavları işğal etdiklərini etiraf etməyiblər. Hətta iddia edirlər ki, bu anklavlar sovet dövründə qeyri-qanuni olaraq Azərbaycana verilib".
Fərid Şəfiyev hesab edir ki, ümumiyyətlə, delimitasiya prosesi baş verən zaman bütün bunların hamısı müəyyən edilməlidir: "Hansı ərazilərdə ermənilərin, hansında Azərbaycanın nəzarət etməsi məsələsi burada aydınlaşmalıdır. İlk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, dünyada qəbul edilmiş yeganə praktikadır. Ölkələr bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra delimitasiya və demarkasiya prosesi aparılır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Kirayə mənzillərlə bağlı mühüm qərar - Ayrı-seçkiliyə yol verilməyəcək
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
“Hansı qadın 71 yaşında belə geyinər, belə gözəl dərisi olar?” - Elgiz Əkbər - (Video)
-
Zaur Rzayevin vəziyyəti açıqlandı
-
Bu həftə onların bəxti gətirəcək - İki bürcə xoş xəbər
-
Kilosu 70 qəpikdir, faydası isə saymaqla bitmir
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk





