İlin sonuna qədər Sülh Müqaviləsi imzalanacaqmı? – SON VƏZİYYƏT
Son günlərə qədər belə fikirlər səslənirdi ki, cari ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ilkin addımlar atılacaq. Bu istiqamətdə bir müddət əvvələ kimi həm Qərb, həm Azərbaycan, həm də Ermənsitanda müəyyən optimist fikirlər yer almışdı. Belə ki, ilin sonunadək sülh müqaviləsi istiqamətində həlledici addımın atılacağına ümidlər böyük idi. Lakin Paşinyan başda olmaqla erməni rəsmilərinin son vaxtlar verdikləri sərsəm açıqlamalar 2022-ci ilin sonunadək sülh yolunda hansısa bir addımın atılacağına olan ümidləri puç etdi.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, politolooq İlqar Vəlizadənin dediyinə görə, Ermənistan tərəfi son addımları fonunda sülh müqaviləsi istiqamətində gedən proseslərə əngəl törətməyə çalışdığını ortaya qoyur:
"Müxtəlif bəhanələrlə bu sənədin mündəricatını dəyişdirməyə çalışır. İrəvan sülh müqaviləsi məsələsi müzakirə olunan kimi, hər zaman qeyri-ciddi, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini özündə ehtiva edən təkliflərlə çıxış edir. İrəvan hər zaman belə məqamlarda müxtəlif bəhanələrlə bu kimi sənədlərin imzalanmasını pozmaqda maraqlı olub. Bu isə son nəticədə sülh müqaviləsi üzrə danışıqlara mənfi təsir göstərir, onu yubadır. Görünən odur ki, Ermənistan həm də sözügedən sənədə ciddi sənəd kimi baxmır. Ona hansısa ümumi məzmunlu çərçivə sənədi kimi baxır. Bu isə Azərbaycan üçün qəbuledilməzdir".
Politoloq İrəvanın tutduğu mövqe fonunda sülh müqaviləsi istiqamətində cari ilin sonunadək hər hansı bir nəticənin əldə olunacağını gözləmir:
"Bu fonda deyildiyinin əksinə olaraq, ilin sonuna qədər Bakı ilə İrəvan arasında hansısa sülh müqaviləsinin imzalanacağı barədə söylənilənlərin o qədər də doğru olmadığı qənaətindəyəm. İlin sonuna 40 günə yaxın vaxt qalır. Bu müddət ərzində belə yanaşma sərgiləməsi, ziddiyyətli yanaşmalarla Ermənistandan sülhə gələcəyini gözləmək mümkün deyil. Gözlənilirdi ki, noyabrda ölkə başçılarının Brüsseldə görüşü olacaq. Ancaq bu görüş də qeyri-müəyyən zamana təxirə salınıb. İkitərəfli İşçi Qrupun görüşü də təxirə salınıb. Bu mənada ilin axırına qədər sənədin imzalanacağını gözləmirəm".
Qeyd edək ki, Paşinyanın sülh müqaviləsinin bağlanması üçün verdiyi təklifdə Azərbaycan qoşunları mövqeyini 2021-ci il mayın 11-dək mövcud olan ərazilərə doğru çəkməlidir.
Ardınca o, Bakını "Dağlıq Qarabağın nümayəndələri ilə ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı birbaşa söhbətə" başlamağa çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
XƏBƏR LENTİ
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)





