Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib - Ərdoğan
Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
Məktubunda Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərinə və qardaş Azərbaycan xalqına təbriklərini çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib: "Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk gündən etibarən böyük xidmətlər göstərib, Azərbaycanın qabaqcıl siyasi partiyası olub və bu gün güclü rəhbərliyiniz altında bütün sahələrdə uğurlar əldə etməyə davam edir".
Türkiyə Prezidenti diqqətə çatdırıb ki, torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib.
İki ölkə arasındakı müstəsna əlaqələrə söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığın gələcəkdə də davam edəcəyinə tam əminliyini ifadə edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, YAP qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcək.
Qeyd edək ki, məktubu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuş noyabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə oxuyub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)





