Ceyhun Bayramov Dirk Şuebeli qəbul edib
17 noyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətində Avropa İttifaqının və bir sıra üzv ölkələrin ŞT üzrə məsul səfirləri və xüsusi elçiləri təmsil olunub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Nazir Ceyhun Bayramov bu gün müsbət dinamika və intensivliklə xarakterizə olunan Azərbaycan-Aİ əlaqələrinin uğurla inkişaf etdiyini, ölkəmizin Aİ ilə ŞT çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.
Aİ tərəfindən ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayrılmasının Azərbaycan tərəfindən müsbət qarşılandığını, gələcək investisiyaları birgə müəyyən etmək və prioritetləşdirmək üçün yüksək səviyyəli işçi qrupunun yaradılması təşəbbüsünün vacib olduğunu vurğulanıb.
Nazir C.Bayramov Azərbaycanın Aİ arasında bir çox sahələri, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini əhatə edən enerji dialoqunun mövcudluğundan bəhs edib, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.
Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu və gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan Nazir dövriyyənin daha da artırılması imkanlarından bəhs edib.
Nazir C.Bayramov, həmçinin post-münaqişə dövründən söz açaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyi üzrə ölkəmizin baxışları barədə məlumat verib. Digər səylərlə yanaşı, Aİ Şurasının Prezidentinin iki ölkə arasında konstruktiv mühitin yaradılması istiqamətində fəaliyyəti qeyd edilib.
Görüşdə həmçinin mövcud mina təhlükəsi barədə məlumat verilərək problemin aradan qaldırılmasında Avropa İttifaqı və üzv dövlətlər tərəfindən səylərin göstərilməsinin vacibliyi vurğulanıb.
Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Azərbaycanın bugünkü geosiyasi reallıqlar fonunda enerji təchizatçısı kimi artan rolundan bəhs edərək ölkəmizin Aİ-nin enerji təchizatının şaxələndirilməsinə, Avropa istehlakçılarının fasiləsiz, sərfəli və təmiz enerjiyə çıxışının gücləndirilməsinə töhfəsini yüksək qiymətləndirib.
Həmçinin, görüşdə Ermənistan Azərbaycan arasında normallaşma prosesinin ŞT çərçivəsində daha geniş əməkdaşlığa yol açacağından əminlik ifadə olunub. Vətəndaş cəmiyyəti kontekstində ölkəmizin etimad quruculuq tədbirlərində əhəmiyyəti vurğulanıb.
Görüşdə tərəflər, ŞT-nın müasirləşdirilməsi, yeni imkanlar, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq





