Siyasət

Ərdoğan Putini müdafiə etdi - “Mənfi danışmayın”

3 Noyabr 2022 08:38
Baxış: 1 942

"Avropa liderlərinə dedim ki, Rusiya kimi dövlətin başçısına hər yerdə mənfi yanaşsanız, o da öz duruşunu əzdirmədən dünyaya göstərəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Praqada kiminlə görüşübsə, onunla Putinin əleyhinə danışıblar:

"Bir lider olaraq sizə hücumlar edilsə, siz buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Cənab Putinin də etdiyi budur. Dünyada 3-5 hörmətli ölkələrdən olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.